Dekabrda Azərbaycan Qazaxıstana 57 tondan artıq çay ixrac edib

Dekabrda Azərbaycan Qazaxıstana 57 tondan artıq çay ixrac edib
# 09 fevral 2016 06:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ilin dekabrında Qazaxıstan MDB ölkələrindən 80,2 ton çay idxal edib. "APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyi bildirib.

MDB ölkələrindən idxal olunan çaydan 57,4 tonu Azərbaycanın payına düşür. İkinci yerdə Qırğızıstan qərarlaşıb - bu ölkədən Qazaxıstana 22,8 ton çay idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR