Yaponiyada pansionatda qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb - YENİLƏNİB

Yaponiyada pansionatda qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2016 02:21 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Saqamihara şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.

APA-nın Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə güc strukturlarındakı mənbə bildirib.

Məlumata əsasən, məhdud imkanlı insanların yaşadığı pansionata hücum edərək onlarla insanları qətlə yetirən şəxs 26 yaşlı Satoşi Uematsu olub.

Mənbəyə görə, onun əvvəllər həmin müəssisədə işlədiyi müəyyənləşib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

Satoşi Uematsu məhdud fiziki imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirib. Hadisə nəticəsində 20-si ağır olmaqla 45 insan xəsarət alıb.

***

02:01

Bakı-APA. Yaponiyanın Kanaqava prefekturasında naməlum bıçaqlı şəxsin məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücumu nəticəsində 19 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 45 nəfər xəsarət alıb, onlardan 20-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Cinayəti törədən şəxs saxlanılıb. Onun adı hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR