Azərbaycandakı mobil operatorların gəliri açıqlanıb

Azərbaycandakı mobil operatorların gəliri açıqlanıb
# 16 sentyabr 2016 09:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1 mlrd. 70,7 mln. manatlıq xidmət göstərib ki, onun da 72,2%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,4%-i və ya 539,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR