Braziliyaya məxsus təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Braziliyaya məxsus təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib
# 15 dekabr 2015 01:15 (UTC +04:00)

Bakı-APA. Braziliyanın TAM aviaşirkətinə məxsus sərnişin təyyarəsi İspaniya paytaxtının hava limanına qayıdaraq təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin göyərtəsində bomba olması barədə xəbərin yayılması olub.

Madrid- San Paulu marşrutu ilə uçan hava gəmisinin göyərtəsində olan sərnişinlərin sayı barədə məlumat verilmir. Bomba ilə bağlı məlumat təyyarə Mərakeşin hava məkanında olarkən daxil olub. Hazırda təyyarədə bombanın olub-olmaması yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR