Tiflisdə Energetika Xartiyasının İşçi Qrupunun konfransı keçirilir

Tiflisdə Energetika Xartiyasının İşçi Qrupunun konfransı keçirilir
# 03 dekabr 2015 12:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzdə-APA. Bu gün Tiflisdə Energetika Xartiyası üzrə 26-cı Sessiyanın İşçi Qrupunun konfransı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransın gündəliyinə Energetika Xartiyasının Baş Katibi, Energetika Xartiyasının Qrup sədrləri və Sənaye Məsləhətləşmə Qrupunun 2015-ci il üçün hesabatı daxil edilib. Konfransda həmçinin xartiya rəhbərliyinin gələcəklə bağlı proqnozları da açıqlanacaq. Konfransın işçi qrupu əsasən enerji keyfiyyəti və təchizatı, həmçinin enerji təhlükəsizliyi, enerji sektoruna yatırılan investisiya, enerji bazarı siyasəti, fikir mübadiləsi və digər məsələlər barədə müzakirə aparıblar. Tədbirdə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili çıxış edib. Konfrans sessiyalarda davam edib.

Konfransda Energetika Xartiyasının 54 üzv ölkədən 37 ölkədən 12-dən çox nümayəndə qatılıb.

Tədbirdə Azərbaycanı energetika nazirliyinin müşaviri Pərviz Qəribzadə təmsil edir.

Sabah davam edəcək Energetika Xartiyasının əsas konfransında Gürcüstanın baş naziri İrakli Qaribaşvili, baş nazirin birinci müavini Kaxa Kaladze, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, Energetika Xartiyası rəhbərliyi və digər beynəlxalq təşkilatlar iştirak edəcək.

Konfrans jurnalistlər üçün qapalı keçirilir.

Xatırladaq ki, Energetika Xartiyası 2015-ci ilin 12 iyun və 19 oktyabrında Brüsseldə iki yığıncaq keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR