ATƏT Ukrayna üzrə Minsk razılaşmalarını ilin sonunadək yerinə yetirməyə çağırıb

ATƏT Ukrayna üzrə Minsk razılaşmalarını ilin sonunadək yerinə yetirməyə çağırıb
# 27 iyul 2016 18:20 (UTC +04:00)

Bakı-APA. ATƏT Ukrayna üzrə Minsk razılaşmalarını 2016-cı ilin sonunadək yerinə yetirməyə çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

“Payızadək müəyyən nəticələr əldə olunmalıdır. Biz artıq ötən ilin sonunda razılaşmaların yerinə yetirilməsi müddətini uzatmışdıq. Bu səbəbdən proses 2016-cı ilin sonunadək yekunlaşmalıdır”, deyə M.Saydik bildirib.

Qeyd edək ki, bu gün Minskdə Ukrayna üzrə Təmas qrupunun növbəti görüşü baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR