Gürcüstan Azərbaycanı Gürcüstanda keçirilən NATO təlimində iştirak etməyə dəvət edib

Gürcüstan Azərbaycanı Gürcüstanda keçirilən NATO təlimində iştirak etməyə dəvət edib
# 15 may 2016 15:48 (UTC +04:00)

Bakı-APA. Gürcüstan Azərbaycanı Gürcüstanda keçirilən NATO təlimində iştirak etməyə dəvət edib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Gürcüstanda ABŞ və britaniyalı hərbçilərin iştirakı ilə keçirilən “Noble Partner” təliminə toxunan T. Xidaşeli deyib ki, gələcəkdə keçiriləcək bu təlimlərdə Fransa, Almaniya, Türkiyə və Azərbaycan hərbçiləri iştirak edəcəklər: “Gürcüstan öz tərəfdaşlarını bu təlimlərdə görməkdən şad olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR