lV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Sarayevoda xüsusi toplantı keçirilib

lV Qlobal Bakı  Forumuna hazırlıq məqsədi ilə Sarayevoda xüsusi toplantı keçirilib
# 02 fevral 2016 15:25 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen Ivaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Norveçin sabiq Baş naziri, Oslo Sülh Institutunun direktoru Maqne Bondevik, Bosniya ve Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija, o cümlədən xarici təşkilatların və səfirliklərin nümayəndələri iştirak edib.

Tədbirin moderatoru, Bosniya ve Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija çıxışında bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubu və Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu ilə birgə uzun bir yol qət edib. “Bu proses 2013-cü ildə Bakıda başlayıb və Madriddə, Romada, İsgəndəriyyədə, Andorrada bununla əlaqəli konfranslar keçirilib. Növbəti Forum isə mart ayında Bakıda keçiriləcəkdir” deyə sabiq baş nazir bildirib.

Toplantıda İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Oslo Sülh Institutunun direktoru Maqne Bondevik də çıxış edib. Qeyd edək ki, toplantı martın 10-11-i tarixində keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR