“WizzAir” Budapeşt-Bakı-Budapeşt reysindən 3 mln. avro gəlir əldə edəcək

“WizzAir” Budapeşt-Bakı-Budapeşt reysindən 3 mln. avro gəlir əldə edəcək
# 06 mart 2016 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Macarıstanın “WizzAir” avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşlardan ildə 2,5-3 mln. avro gəlir əldə etməyi planlaşdırır.

APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə “Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bildirib. Onun sözlərinə görə, şirkət ildə 30 min sərnişin daşımağı nəzərdə tutub: “Biletlərin qiyməti və xidmətlərimizi nəzərə alsaq, il ərzində 2,5-3 mln. avro gəlir əldə etməyi proqnozlaşdırırıq. Həftədə 2 dəfə uçuş yerinə yetirməyi nəzərdə tuturuq. Əsas istəyimiz bazarda rəqabətə davamlı fəaliyyət göstərmək və rəqabət mühitinə uyğunlaşmaqdır”.

J. Varadi bildirib ki, gələcəkdə şirkət Azərbaycana uçuşların sayını artırmağı planlaşdırır: “Planımız var ki, Azərbaycanın regionlarında yerləşən hava limanlarından Avropanın müxtəlif istəqəmətlərinə uçuşlar təşkil edək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR