Hindistanda zəlzələ baş verib: 6 nəfər ölüb, 100 nəfər yaralanıb

Hindistanda zəlzələ baş verib: 6 nəfər ölüb, 100 nəfər yaralanıb
# 04 yanvar 2016 08:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Hindistanın şimal-şərqində baş vermiş zəlzələ nəticəsində 6 nəfər ölüb, 100 nəfər yaralanıb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Times of İndia” nəşri məlumat yayıb.

Yeraltı təkanlar yanvarın 4-də səhər saatlarına qeydə alınıb.

Rixter cədvəli ilə 6.7 bal gücündə olan zəlzələnin episentri Myanma ilə həmsərhəd olan Tamenqlonq rayonunda olub.

Təkanlar Kəlküttə şəhərində də hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR