Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Avqust
# 04 avqust 2016 18:27 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Melih Gökçək ikinci çevriliş planının detallarını açıqlamışdı, prezident Ərdoğan təxmini tarixi açıqladı. 14 avqust. Bu tarix kəşfiyyat məlumatlarından çox sosial medyada at oynadan Gülən camaatının yaydığı mesajlara əsaslanır. "Avqustun 14-də cavabınız veriləcək" deyə təşviş yaratmağa çalışan Gülən camaatı o tarixdə nə olacağı sualı üzərindən gülərək keçir. Proseslər hələlik Melih Gökməyin açıqladığı ssenari üzrə gedir. Generaı Qalip Mendiyə sui-qəsd cəhdindən sonra Antalya Cümhuriyyət meydanında törədilən partlayış göstərir ki, Gökçəyin fikirlərini ciddiyə almaq lazımdır. Günün ən mühüm hadisəsi isə Con Kerrinin Türkiyəyə səfəri ilə bağlı xəbərlərdir. Səfərn Ərdoğanın Rusiyaya səfərindən əvvəl, ya sonra baş tutacağı onun əhəmiyyətini azalda, ya artıra bilər. Qərb-Türkiyə-Rusiya üçbucağında bir bazarlıq getdiyi göz qabağındadır, Qərb Türkiyəni itirmək istəmir, Moskva isə qazanmaq iqtidarındadır. 15 iyul hadisələri Türkiyə-Qərb münasibətlərində uzun müddət davam edəcək bir gərginliyə səbəb olub və belə görünür ki, gərginlik hələ uzun müddət davam edəcək. Çünki ortada ABŞ-ın heç zaman yerinə yetirməyəcəyi bir tələb - Fəthullah Gülənin təhvil verilməsi var. Hökumət Yeniqapı mitinqinə müxalifətin ən yüksək səviyyədə qatılmasını da təmin etməklə Qərb qarşısında Türkiyənin yumruq kimi birləşdiyini nümayiş etdirməyə çalışır. Amma belə görünür ki, hakim elitada bu cür düşünməyənlər, bu siyasəti qəbul etmək istəməyənlər də var. Qəribə situasiya yaranıb - prezident mitinqə qatılmaq qərarı qəbul edən Dövlət Baxçalıya milyonlarla insan qarşısında təşəkkür edir, prezidentin baş müşaviri isə "Baxçalı ömrü boyu bu qədər insanı bir arada görməyib" deməklə MHP liderini incik salmağa, mitinqə qatılmaq qərarından çəkindirməyə çalışır. Belə görünür ki, hakimiyyət daxilində qruplaşmalar hələ də qalır, bundan sonra yürüdüləcək siyasətlə bağlı ciddi fikir ayrılıqları da qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR