Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşüb - FOTOSESSİYA

Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 14:57 (UTC +04:00)

Bakı – APA. Milli Məclis üzvlüyünə namizəd, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı seçiciləri ilə görüşlərini davam etdirir.


Partiyadan APA-ya verilən məlumata görə, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd F. Ağamalı bu gün Çuxanlı və Parça-Xalac inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.

Deputatın səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Ziyafət Şirinov görüşü açaraq sözü seçicilərə veriblər. Kənd ağsaqqallarından Zakir İbrahimov, Ağaverdi Fətəliyev, təqaüdçü Xəzəngül Sadıqova, müəllimə Zemfira Qədirova və Sevinc Səfərova, kənd ziyalıları Fikrət Qafarov, Sərvət Xəlilov, Mirzəbəy Atayev, sahibkar Avdı Həsənov, kənd sakini Ağa Abbasov və digər şəxslər çıxış edərək kəndlərdə yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR