Azərbaycanın məşhur hotellərindən biri satışa çıxarılır

Azərbaycanın məşhur hotellərindən biri satışa çıxarılır
# 26 yanvar 2016 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Kəpəz" mehmanxanasının səhmlərinin 30,01%-i satışa çıxarılır.

"APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq hərrac 2016-cı il fevral ayının 16-da keçiriləcək.

Mehmanxananın nizamnamə kapitalı 917 284 manat, səhmlərin sayı 45 8642 ədəd, bir səhmin nominal qiyməti 2 manatdır.

Fevralın 16-da isə 137 640 ədəd səhm satışa çıxarılır. Satışa çıxarılan səhmlərin nominal dəyəri 275 280 manatdır. Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti 137 640 manat təşkil edir.

Qeyd edək ki, "Kəpəz" mehmanxanası Gəncə şəhəri, Gəncə küçəsi, 1 ünvanında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR