Baku Chess-2016: Kişilərdən ibarət əsas yığmamız ardıcıl 4 qələbə qazanıb

<span style="color: red;">Baku Chess-2016:  Kişilərdən ibarət əsas yığmamız ardıcıl 4 qələbə qazanıb
# 05 sentyabr 2016 19:13 (UTC +04:00)

Bakı-APA. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Apasport.az saytının məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub - 1:3.

İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib - 0.5:3.5.

Üçüncü yığmamız digərlərindən fərqli olaraq Türkmənistana məğlub olub - 0.5:3.5.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Xanımlarımız bərabərliyə razılaşıb - 2:2. İkinci millimiz İtaliyaya qalib gəlib - 2.5:1.5. Üçüncü komandamız isə Braziliya ilə xalları yarı bölüb - 2:2.

Olimpiada-2016

IV tur

Kişilər

Rumıniya (2572) - Azərbaycan-1 (2705) - 1:3

IBCA (2275) - Azərbaycan-2 (2576) - 0.5:3.5

Azərbaycan-3 (2350) – Türkmənistan (2416) - 0.5:3.5

Turnir cədvəli: 1. Rusiya, 2. Azərbaycan-1, 3. Kuba, ...11. Rumıniya – hamısı 6 xal, ...33. Azərbaycan-2, ...59. Azərbaycan-3, ...78. Türkmənistan, 79. IBCA – hamısı 4.

Qadınlar

Azərbaycan-1 (2320) – Rumıniya (2343) - 2:2

İtaliya (2270) - Azərbaycan-2 (2248) - 2.5:1.5

Azərbaycan-3 (2016) – Braziliya (2116) - 2:2

Turnir cədvəli: 1. Rusiya, 2. Fransa, 3. Hindistan, ...11. Rumıniya, 12. Azərbaycan-1 - hamısı 6 xal, ...15. İtaliya, ...19. Azərbaycan-2 – hər ikisi 5, ...33. Azərbaycan-3, ... 44. Braziliya – hər ikisi 4.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR