KİV: "Aeroflot"un törəməsi noyabrdan etibarən Azərbaycana uça biləcək

KİV: "Aeroflot"un törəməsi noyabrdan etibarən Azərbaycana uça biləcək
# 08 oktyabr 2015 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın Ədliyyə Nazirliyi "Aeroflot" aviaşirkətinin törəməsi olan "Pobeda"ya xarici uçuşları yerinə yetirməyi icazə verən Federal aviasiya qaydalarına dəyişikliklərin edilməsinə razılıq verib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS agentliyi Ədliyyə Nazilriyindəki mənbəyinə istinadən xəbər verir.

Mənbə bildirib ki, razılıq oktyabrın 2-də verilib. Dəyişikliklər oktyabrın 12-dən etibarən qüvvəyə minir.

"Oktyabr ayının sonundan etibarən loukoster biletləri satışa çıxara, noyabrın ikinci yarısından etibarən isə xaricə uça bilər", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Hava Nəqliyyatı üzrə Federal Agentliyi "Pobeda" şirkətinə 15 ölkəyə uçuş həyata keçirməyi qadağan edib. Bu ölkələr arasında Azərbaycan, Niderland Krallığı, Fransa, İtaliya, İspaniya, Macarıstan da var.

Loukoster bu 15 istiqamət üzrə uçuşları cari ilin sentyabrın 17-dən gələn ilin may ayının 14-dək yerinə yetirməyi planlaşdırıb.

Artıq məsələyə Rusiyanın Nəqliyyat Nazirliyi də münasibət bildirib. Qurumdan TASS agentliyinə bildirilib ki, "Pobeda" xaricə uçuş yerinə yetirmək üçün icazəni 2 aydan sonra ala biləcək: "Hazırda loukosterlərə xaricə uçuş yerinə yetirməyə icazə verən sənəd Ədliyyə Nazirliyinə göndərilib. Sənədə 1-2 ay ərzində baxılacaq, ardınca dövlət qeydiyyatına alınacaq. Bundan 10 gün sonra sənəd qüvvəyə minir və aşağıbüdcəli aviaşirkətlər yaradılan imkandan istifadə edə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR