Malidə iki terror aktı törədilib, 4 BMT sülhməramlısı öldürülüb

Malidə iki terror aktı törədilib, 4 BMT sülhməramlısı öldürülüb
# 01 iyun 2016 23:49 (UTC +04:00)

Bakı-APA. Malidə törədilən iki terror aktı nəticəsində 4 BMT sülhməramlısı öldürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qao şəhərində sülhməramlıların yerləşdiyi bazanın yaxınlığında törədilən partlayış zamanı Çin hərbçisi ölüb.

Bundan sonra silahlılar BMT-nin minalardan təmizlənmə xidmətinə hücum edərək 3 nəfəri qətlə yetiriblər. Onlardan birinin Fransa vətəndaşı olduğu bildirilir.

Terror aktlarına görə məsuliyyəti “Əl-Qaidə Maqrib ölkələrində” terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11 min BMT sülhməramlısı yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR