ARDNŞ prezidenti Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının üzvü təyin edilib

ARDNŞ prezidenti Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının üzvü təyin edilib
# 08 sentyabr 2016 17:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə komissiyaların Azərbaycan Respublikası tərəfindən tərkibinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev komissiyanın üzvü təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR