Xaçmazda 3 otaqlı ev yanıb

Xaçmazda 3 otaqlı ev yanıb
# 01 oktyabr 2016 22:44 (UTC +04:00)

Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Alekseyevka kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı aynabənddən ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın saat 23:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR