Azərbaycanda canlı donordan böyrək köçürülən cəmi bir xəstə ölüb

Azərbaycanda canlı donordan böyrək köçürülən cəmi bir xəstə ölüb
# 07 sentyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunan 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. APA-nın xəbərinə görə, akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrək köçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib ki, bu gün ölkədə böyrək xəstəlikləri cavanlaşıb.

Şöbə müdiri vurğulayıb ki, böyrək köçürmə sahəsində son 3 ildə 49 xəstəyə canlı donordan böyrək köçürülüb. Onun sözlərinə görə, 100-dən artıq xəstə isə hazırda böyrək köçürülməsi üçün növbədə dayanıb: “Böyrək əməliyyatlarının müvəffəqiyyət göstəricisi 95-97%-dirsə, Azərbaycanda bu göstərici 92%-dir. Son beş il ərzində əməliyyatlarda yalnız bir ölüm halı qeydə alınıb”.

Uşaq uroloji şöbəsində isə il ərzində 2 100-dən artıq xəstənin ambulator müayinədən keçirildiyini deyən Ş.Nəsirov əlavə edib ki, onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatına məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR