Suriyada silsilə partlayışlar törədilib, 18 nəfər ölüb

Suriyada silsilə partlayışlar törədilib, 18 nəfər ölüb
# 05 sentyabr 2016 10:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Suriyanın bir neçə rayonunda tördilən silsilə partlayışlar nəticəsində ən az 18 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. İlk partlayış Homs şəhərində qeydə alınıb. Digər iki partlayış isə Tartusda törədilib. Hər üç hadisəni kamikadze törədib. Partlayıcı yüklənmiş iki avtomobil və bir motosiklet partladılıb. Nəticə 18 nəfərin öldüyü, onlarla şəxsin yaralandığı bildirilir.

Suriyadakı ekstremist qruplaşmalardan heç biri məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR