Bakıda “Dövlət qulluğunda qadın karyerası” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Bakıda “Dövlət qulluğunda qadın karyerası” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 19 oktyabr 2015 07:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda “Dövlət qulluğunda qadın karyerası” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə DQMK-nin sədri Bəhram Xəlilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və digər şəxslər iştirak ediblər.

B. Xəlilov çıxışında bildirib ki, müsabiqə zamanı balları bərabər olan kişi və qadın namizədlərdən daha çox qadınlara üstünlük verilir: “Çünki qadınlar daha məsuliyyətli olur. Onu da qeyd edim ki, dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar".

Komissiya sədri əlavə edib ki, bu gün 20 faizə yaxın qadın dövlət qulluğunda çalışır: “Müsabiqədən keçənlərin arasında qadınların sayı 25-30 faiz arasındadır”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, bu layihə Azərbaycan və Avropa arasındakı mövcud münasibətləri daha da genişləndirəcək.

Tədbir Avropa İttifaqının “Şərq Tərəfdaşlığının Hərtərəfli İnstitusional Quruculuq Proqramının” İnstitusional İslahata Planı 3 çərçivəsində DQMK və GİZ tərəfindən həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi əsasında keçirilir. Layihə Avropa İttifaqı və Almaniyanın İqtisadi və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR