Jak Şirak xəstəxanaya yerləşdirilib

Jak Şirak xəstəxanaya yerləşdirilib
# 10 dekabr 2015 12:30 (UTC +04:00)

Bakı – APA. Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib.

APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, sabiq prezidentin qızı jurnalistlərə açıqlamasında bildirib ki, atasının səhhəti qəflətən pisləşib.

Bununla yanaşı o qeyd edib ki, J. Şirakın səhhətinin durumu təhlükəli deyil.

Qeyd edək ki, Paris xəstəxanalarından birinə yerləşdirilən 83 yaşlı siyasətçi tam tibbi müayinədən keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR