Daşkəsəndə avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb - YENİLƏNİB

Daşkəsəndə avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 02 mart 2016 14:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 13 radələrində Daşkəsən şəhərində şəhər sakini İlqar İmamverdiyev “VAZ-2121” markalı avtomobili idarə edərkən qonşusu Ümid Vahabzadəni vurub. Ü.Vahabzadə xəstəxanaya aparılarkən yolda ölüb.


Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

APA-nın qərb bürosu xəbər verir ki, ölən Ü. Vahabzadənin 6 yaşı var. 1982-ci il təvəllüdlü rayon sakini İlqar İmamverdiyev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə geriyə doğru hərəkət edərkən qonşusu, 2010-cu il təvəllüdlü Ü. Vahabzadəni vurub. Xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR