Paytaxtda avtobusun vurduğu piyada ölüb

Paytaxtda avtobusun vurduğu piyada ölüb
# 29 yanvar 2016 10:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtobusun vurduğu piyada ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-si saat 18.00 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Süleyman Hacıyev idarə etdiyi “Daewoo” markalı 40 saylı xətt avtobusu ilə paytaxt sakini Fikrət Quliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 28-də orada ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR