NİİM səhər saatlarında tıxacın yarandığı küçə və prospektlərin adlarını açıqlayıb - FOTO

NİİM səhər saatlarında tıxacın yarandığı küçə və prospektlərin adlarını açıqlayıb - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 08:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 15 sentyabr Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilmiş iş rejimində çalışır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "APA-Economics"ə verilən məlumata görə, NİİM-in 141 qaynar xəttinə isə 07:00-dən 11:00-a kimi sorğu xarakterli 100-dən çox zəng daxil olub.

Məlumatda qeyd edilib ki, səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub. Bir neçə gün öncədən, dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə baxmayaraq, sürücülər yenə də avtomobillərini məktəblərin yanında park etməsi yolda uzun müddətli sıxlığın yaranmasına səbəb olub. Sıxlıq xüsusilə paytaxtın Azadlıq prospekti, Nəriman Nərimanov prospekti, Təbriz prospekti, Bakıxanov küçəsi, Neftçilər prospekti, Həsən Əliyev küç., Yusif Səfərov küç., İnşaatçılar pr., Koroğlu Rəhimov küçələrində müşahidə olunub.

Bu gün 07:30-dan 09:00-dək Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin əməkdaşları orta məktəblərin qarşısında yolu keçməkdə çətinlik çəkən məktəblilərə yardım edərək, piyada keçidindən istifadə etməyən valideynlərə və məktəblilərə yaxınlaşaraq qarşıdakı yerüstü keçiddən istifadə etməyi tövsiyə ediblər. Tələsdikləri üçün qayda pozan valideynlərə həm övladlarının həyatlarını təhlükəyə atması, həm də yolda qəza vəziyyətini yaratdıqları üçün məsuliyyətli olmaq, qaydalara əməl etmək tövsiyə olunub.

Növbəti həftədən isə, Dövlət Avtomobil Nəqliyyatı Departamenti tərəfindən məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanacaq.

Qeyd edək ki, bu maarifləndirici aksiyalar tədris ilinin sonunadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR