"Azad demokratlar": Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar dövlət yox, şəxsi maraqlara xidmət edir

"Azad demokratlar": Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar dövlət yox, şəxsi maraqlara xidmət edir
# 13 yanvar 2016 15:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqların dövlət maraqlarına deyil, şəxsi maraqlara xidmət etməsi ilə ciddi şübhələrimiz var".

APA-nın “Georgia Online” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Azad demokratlar" partiyasının liderlərindən biri Aleksi Petriaşvili deyib.

Onun sözlərinə görə, "Azad demorkatlar" hakimiyyətin əvvəlcə "Qazprom"la aparılan danışıqları gizli saxlamaq, ardından isə bir-birinə zidd məlumatlar vermək cəhdlərindən narahatdır: "Ona görə, bu danışıqların dövlət deyil, şəxsi maraqlara xidmət etməsi barədə şübhələr yaranır. Bu isə ölkənin energetika sahəsində azadlığına ciddi təhdid törədə bilər. Azərbaycan tərəfi iddia edir ki, Gürcüstanı təbii qazla təmin etməkdə heç bir problem yoxdur. Bunun fonunda Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar daha təhlükəli görünür".

“Azad demokratlar” hakimiyyəti və hökumət rəhbərini nəinki Gürcüstanın nailiyyətlərini, həmçinin bütün regionun strateji inkişafını təhlükə altına atmamağa çağırır: “Bu nailiyyətlər Gürcüstan tərəfindən Azərbaycanla və qərb tərəfdaşları ilə strateji razılaşma əsasında başlayaraq, 20 ildir davam edir. Biz Azərbaycanla danışıqlar yolu ilə Gürcüstanı stabil və təhlükəsiz qaydada qazla təmin etmək üçün rəhbərlikdən maksimum səy tələb edirik. Unutmayın, Azərbaycan bizim strateji tərəfdaşımızdır, “Qazprom” isə işğalçının alətidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR