Çində daşqınlar nəticəsində azı 20 nəfər ölüb - YENİLƏNİB

Çində daşqınlar nəticəsində azı 20 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 20 iyun 2016 00:23 (UTC +04:00)

Bakı-APA. Çinin mərkəzi bölgələrində baş verən daşqınlar nəticəsində azı 20 nəfər ölüb.

APA-nın TASS agentliynə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən 2 milyon insan ziyan çəkib.

Təkcə Hubey əyalətində son iki sutka ərzində 4 nəfər ölüb, 12 nəfər itkin düşüb. Əyalətin 21 yaşayış məntəqəsi su altında qalıb, 10 min nəfər təxliyə olunub.

Tzyansi əyalətində 2 nəfər ölüb, daha iki nəfər itkin düşüb, 58 min insan evini tərk etmək məcburiyyətində qalıb. Əyalətdə yüzlərlə yaşayış evini su basıb, kənd təsərrüfatı sahələri su altında qalıb. Çində farfor və keramika istehsalının mərkəzlərindən biri sayılan Tsindeçjen şəhərinə ciddi ziyan dəyib.

Meteoroloqların proqnozlarına əsasən, bölgədə yağıntılı hava şəraiti davam edəcək.

***

22:44

Bakı-APA. Çinin mərkəzi bölgələrində yağan şiddətli yağışlar daşqınlara səbəb olub.

APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 12 nəfər itkin düşüb, 400 min insan təxliyə edilib.

Hubey əyalətində son iki sutka ərzində 251 mm yağış yağıb. Bir çox tikililər qismən dağılıb, körpü və bəndlər uçub, yollar sıradan çıxıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Meteoroloqların proqnozlarına əsasən, bölgədə yağıntılı hava şəraiti davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR