Nyu-Yorkda avtomobil nəqliyyatının hərəkətinə qadağa qoyulub

Nyu-Yorkda avtomobil nəqliyyatının hərəkətinə qadağa qoyulub
# 24 yanvar 2016 01:12 (UTC +04:00)

Bakı-APA. Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar çovğunu səbəbindən avtomobillərin şəhərdə hərəkətinə qadağa qoyub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qubernator “Tvitter” səhifəsində bildirib.

“Birinci növbədə insanların təhlükəsizliyidir. Avtomobillərin hərəkətinə qadağa 14.30-dan (Bakı vaxtı ilə 23.30-dan) tətbiq edilməyə başlayacaq”, deyə məlumatda bildirilir.

Qadağanın hava şəraiti normallaşanadək qüvvədə qalacağı bildirilir. Qatarların hərəkətinə də qadağanın tətbiq ediləcəyi bildirilir.

Qubernatorun sözlərinə görə, qadağa ştatın cənub-şərq hissəsinə (Daunsteyst Nyu-York) şamil olunacaq.

Qeyd edək ki, güclü qar çovğunu səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR