Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib

Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib
# 27 iyul 2016 08:41 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov iyulun 26-da İsmayıllı rayonunun Topçu kəndində seçicilərini qəbul edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri ilə bağlı millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ yerindəcə həll olunub. Həlli vaxt tələb edən məsələlər deputat tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. Digər məsələlərlə bağlı deputat əlaqədar hökumət strukturlarına müraciətin ediləcəyini sakinlərin diqqətinə çatdırıb.

Qeyd olunub ki, kəndlərdə səyyar qəbullar millət vəkilinin iş qrafikinə uyğun olaraq aparılır və belə qəbullar digər kəndlərdə də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR