İraq Səudiyyə Ərəbistanından Bağdaddakı səfirini dəyişməsini xahiş edib

İraq Səudiyyə Ərəbistanından Bağdaddakı səfirini dəyişməsini xahiş edib
# 28 avqust 2016 14:05 (UTC +04:00)

Bakı-APA. İraq Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanından Bağdaddakı səfiri Tamer əs-Sabahı dəyişməsini xahiş edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Bağdad bu xahişini səfirin sərt bəyanatları ilə əlaqələndirib.

İraqın şiə siyasətçiləri uzun müddətdir ki, Tamer əs-Sabahın İranın İraqda fəaliyyəti barədə bəyanatlarından narazıdırlar. Səfir İranın dəstəklədiyi iraqlı şiə döyüşçülərin sünnilərə münasibətdə sərt davrandığını, vəziyyəti gərginləşdirdiyini bildirir.

Tamer əs-Sabah Səudiyyə Ərəbistanının İraqdakı səfirliyi fəaliyyətə başladıqdan sonra təyin etdiyi ilk səfirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR