Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 11 yanvar 2016 12:26 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində avtomobil 63 yaşlı qadını vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, Nəsirov Nəsir Məmmədəli oğlu idarə etdiyi “QAZ 24” markalı, 18 BF 653 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, Nizami küçəsi, 41 ünvanında yaşayan, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını vurub. Sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılan qadın baldır sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR