Qubada yük maşını ilə sərnişin avtobusu toqquşub

Qubada yük maşını ilə sərnişin avtobusu toqquşub
# 29 mart 2016 13:38 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Küçeyi marşrutu üzrə sərnişin daşıyan avtobusla yük maşını toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR