Gürcüstanda aşıq Hüseyn Saraçlının anım mərasimi keçirilib

Gürcüstanda aşıq Hüseyn Saraçlının anım mərasimi keçirilib
# 17 aprel 2016 00:19 (UTC +04:00)

Bolnisi. Nizami Məmmədzadə-APA. Aprelin 16-da azərbaycanlıların kompakt yaşadığı Bolnisinin Saraçlı kəndində məşhur Borçalı aşığı Hüseyn Saraçlının anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açıb. Sonra Bolnisi rayon icra başçısı Qoqita Mişveliani, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Hacıxəlilov, parlamentin keçmiş deputatı Ramiz Bəkirov, Borçalı aşıq və şairləri, aşığın oğulları çıxış edərək, Hüseyn Saraçlı yaradıcılığından, onun ustad aşıq kimi yalnız Borçalıda deyil, eləcə də Türkiyə və İranda da məşhur olduğunu vurğulayıblar.

Tədbirdə may ayında görkəmli aşığın 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərin keçiriləcəyi bildirilib. Qeyd olunub ki, aşığın 100 illiyinə həsr olunan yubiley tədbirləri Tiflis, Marneuli, Bolnisi və Bakıda qeyd olunacaq. Sonda aşığa ehsan verilib. Ehsan süfrəsi zamanı aşıq Hüseyn Saraçlının ifası səsləndirilib.

Qeyd edək ki, bu, ölümündən sonra görkəmli aşığa həsr olunan sayca 29-cu anım tədbirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR