Ombudsmanın müraciətləri əsasında 25 məhkum əfv olunub

Ombudsmanın müraciətləri əsasında 25 məhkum əfv olunub
# 18 mart 2016 12:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Elmira Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 25 məhkum əfv olunub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Bildirilib ki, Ombudsman E. Süleymanova fəaliyyəti dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, növbəti dəfə məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlanıb.

“Ombudsman Aparatının əməkdaşları əfv sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində olublar. Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib” – deyə məlumatda deyilib.

Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin 17 martda tarixdə sayca 61-ci olan əv sərəncamı üzrə 148 məhkum əfv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR