Lənkəranda 17 yaşlı oğlanı maşın vurub

Lənkəranda 17 yaşlı oğlanı maşın vurub
# 29 iyul 2016 16:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanı maşın vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 17 yaşlı İlqar Əlizamin oğlu Yusifzadə yolu keçmək istəyərkən rayonun İstisu qəsəbə sakini, 39 yaşlı Zamir Balaxan oğlu Abbasovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BU 418 dövlət nömrə nişanlı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş sürücü tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada İ. Yusifzadəyə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR