Məsud Bərzani Türkiyəyə səfər edəcək

Məsud Bərzani Türkiyəyə səfər edəcək
# 07 dekabr 2015 11:08 (UTC +04:00)

Bakı - APA. İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyəyə səfər edəcək.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səfər dekabrın 9-da gerçəkləşəcək.

Xatırladaq ki, Türkiyə hökumətinin İraqın şimalına yeni hərbi qüvvə göndərmək barədə qərarı İraq hökumətinin kəskin etirazına səbəb olub. Belə ki, Türkiyə rəhbərliyi 2 ildir İraqda yerli kürd, ərəb və türkmən qruplarına təlim keçən hərbçilərinin sırasını genişləndirərək oraya azı 150 hərbçi və 25-ə qədər tank göndərib. İraq hökuməti isə bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və Türkiyə hökumətindən öz hərbçilərini İraq ərazisindən dərhal çıxarmağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR