Bank Of Baku

“Abraham Lincoln” aviadaşıyıcısı Yaxın Şərqdəki missiyadan sonra Quama çatıb

“Abraham Lincoln” aviadaşıyıcısı Yaxın Şərqdəki missiyadan sonra Quama çatıb
# 19 sentyabr 2026 23:48 (UTC +04:00)

ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı Yaxın Şərqdə uzunmüddətli yerləşdirilmədən sonra şənbə günü Quam adasındakı hərbi bazaya çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Quam Hərbi Dəniz Bazasındakı dayanacaq 3-cü aviadaşıyıcı zərbə qrupunun heyəti üçün son doqquz ay ərzində ABŞ ərazisinə ilk qayıdış olub”, – məlumatda bildirilib.

ABŞ Hərbi Dəniz İnstitutunun “USNI News” portalının məlumatına görə, aviadaşıyıcının missiyası 300 gündən çox davam edib.

“Abraham Lincoln” hazırda ABŞ-nin qərb sahillərinə qayıdışını tamamlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR