Bank Of Baku

AFP: Yəmənin cənubunda döyüşlərdə azı 48 nəfər ölüb

AFP: Yəmənin cənubunda döyüşlərdə azı 48 nəfər ölüb
# 19 sentyabr 2026 23:20 (UTC +04:00)

Yəmənin cənubunda hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatı (husilər) arasında son sutka ərzində gedən döyüşlərdə azı 48 nəfər ölüb.

Bu barədə AFP hər iki tərəfdəki hərbi mənbələrə istinadən məlumat yayıb.

Hökumət qüvvələrindəki mənbələrin məlumatına görə, toqquşmalar zamanı 17 hərbçi həlak olub. “Ənsar Allah” hərəkatındakı mənbələr isə 31 döyüşçünün öldüyünü bildiriblər.

Döyüşlərin Lahic və Taiz əyalətlərinin sərhədində getdiyi bildirilir.

Hökumət qüvvələrindəki mənbələr ordunun husilərin bir gün əvvəl ələ keçirdiyi mövqelərin təxminən yarısını geri qaytara bildiyini iddia ediblər.

“Ənsar Allah”dakı mənbələr isə öz növbəsində AFP-yə husilərin Lahic və Taiz sərhədində irəlilədiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR