Bank Of Baku

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
# 19 sentyabr 2026 20:04 (UTC +04:00)

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR