Birləşmiş Ştatlar “Lockheed Martin”dən öz silahlı qüvvələrinə və digər dövlətlərin silahlı qüvvələrinə təhvil vermək üçün əlavə 126 ədəd beşinci nəsil F-35 qırıcıları istehsal etməyi xahiş edib.
APA-nın məlumatına görə, bu barədə aprelin 29-da ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Pentaqonun bəyanatında deyilir ki, o, “Lockheed Martin”dən ümumilikdə 7,8 milyard dollarlıq əlavə 126 döyüş təyyarəsi istəyib
Sənədlər izah edir ki, qırıcılar ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusuna verilməli olacaq. Bundan əlavə, qırıcıların Finlandiya, İtaliya, Hollandiya, Polşa, Yaponiya, Belçika, Danimarka və Böyük Britaniyada olması gözlənilir.