Paşha Bank
Bank Of Baku

ABŞ Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etməyi öyrətməyə davam edir

ABŞ Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etməyi öyrətməyə davam edir
# 14 noyabr 2026 01:35 (UTC +04:00)

ABŞ Ukrayna hərbi pilotlarının F-16 qırıcı təyyarələrini idarə etməsi üzrə təlimləri davam etdirir.

APA xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanmış hesabatda bildirilib.

Sənədə əsasən, ABŞ Danimarka və Niderlandla birgə rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinin imkanlarının inkişafı koalisiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ukraynalı pilotların hazırlığını davam etdirir.

Qeyd olunub ki, 2025-ci ilin mayında ABŞ Dövlət Departamenti Ukraynaya F-16 təyyarələrinin istismarı və texniki xidmətinin öyrədilməsi üçün təxminən 311 milyon dollar dəyərində müqavilənin bağlanmasını təsdiqləyib.

Ukraynaya indiyədək təhvil verilmiş F-16 qırıcılarının dəqiq sayı rəsmi şəkildə açıqlanmayıb. Bununla belə, Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı bu təyyarələrdən bir neçəsini itirib.

Xatırladaq ki, ukraynalı pilotların F-16 təyyarələri üzrə təlimlərinə ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası dövründə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR