Bank Of Baku

Koşta və fon der Lyayen Kallasın Rusiya ilə danışıqlara rəhbərlik etməsini dəstəkləməyiblər

Koşta və fon der Lyayen Kallasın Rusiya ilə danışıqlara rəhbərlik etməsini dəstəkləməyiblər
# 14 noyabr 2026 01:56 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya ilə danışıqlara rəhbərlik etmək iddiasını dəstəkləməyiblər.

APA xəbər verir ki, bu barədə onlar Dublində keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitindən sonra təşkil olunan birgə mətbuat konfransında bildiriblər.

Koşta Kallasın Aİ-nin təsis sənədlərinə əsasən Rusiya ilə danışıqları məhz onun aparmalı olduğu barədə bəyanatına münasibət bildirib.

“Avropa İttifaqının əsas müqavilələri aydındır. Avropa İttifaqı Şurasının Prezidenti dövlət başçıları səviyyəsində xarici siyasət və təhlükəsizlik məsələlərində Aİ-ni təmsil edir. Avropa Komissiyasının Prezidenti isə Aİ-nin səlahiyyətlərinə aid məsələlərdə Komissiyanı təmsil edir”, – Koşta deyib.

Ursula fon der Lyayen də danışıqlarda nümayəndəlik məsələsinə aydınlıq gətirib.

“Bizi kimin təmsil edəcəyinə özümüz qərar veririk və bu qərarı bu gün qəbul etmişik. Avropa İttifaqının 27 suveren dövləti və Aİ institutları öz qərarını verib”, – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR