ABŞ Ticarət Departamenti bazar ertəsi Böyük Britaniya, Keniya, Çin, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikadan olan 50 təşkilata ixrac məhdudiyyəti qoyub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə qeyd olunub.
Eyni zamanda, Latviyanın "Fiber Optic Solutions" təşkilatı da qara siyahıdan çıxarılıb.
ABŞ-in Sənaye və Təhlükəsizlik Bürosu Çindən 31, Keniyadan 1, Laosdan 1, Malayziyadan 1, Pakistandan 4, Sinqapurdan 1 strukturu qara siyahıya salıb.