ABŞ Ali Məhkəməsi yarımavtomat silahlarla bağlı aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.
APA “Le Matin” saytına istinadla xəbər verir ki, 2018-ci il tarixli qərarla yarımavtomat silahlara avtomatik rejimdə atəş açmağa imkan verən mexanizmlərin quraşdırılması qadağan edilib.
Ali Məhkəmə isə son qərarı ilə bu tip silahları pulemyota bərabər tutub. Onların əldə edilməsi və saxlanılması qadağan edilib. Belə silahların sahibləri 90 gün ərzində ya onları öz hesabına məhv etməli, ya da dövlətə təhvil verməlidir.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Las-Veqasdakı qırğın məhz bu tip silahlarla törədilmişdi. Sözügedən hadisədə 58 nəfər ölmüş, 500-dən çox adam xəsarət almışdı.