Bank Of Baku

ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb

ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb
# 21 may 2023 21:27 (UTC +04:00)

Bir çox ölkələr Ukraynaya dəstəyi zəiflədib və Rusiya ilə biznes əlaqələrini bərpa etməyə ümid edirlər.

APA xəbər verir ki, bu barədə ABŞ Katolik Universitetinin professoru, Huver Müharibə, İnqilab və Sülh İnstitutunun müəllimi Yakub Qriqel “The Hill” nəşrinə müsahibəsində deyib.

Qeyd olunub ki, xüsusilə Avropa İttifaqı Ukrayna tərəfini zəif dəstəkləyir.

Onlar Kiyevə az-az silah verirlər.

Bildirilib ki, bir çox Qərb siyasi liderləri, o cümlədən ABŞ-də olanlar münaqişənin genişlənməsindən və Rusiyanın nüvə silahından istifadə etməsindən qorxurlar.

“Ukraynanın müstəqilliyini sözlə təşviq etsələr belə, onların ümumi məqsədi Moskvanı daha geniş və daha dağıdıcı münaqişəyə sövq etmək deyil”, - deyə vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR