Bank Of Baku

ABŞ bir il ərzində 13 yeni nəsil nüvə reaktorunu işə salmağı planlaşdırır

ABŞ bir il ərzində 13 yeni nəsil nüvə reaktorunu işə salmağı planlaşdırır
# 10 iyun 2026 03:48 (UTC +04:00)

ABŞ yaxın bir il ərzində təxminən 13 yeni nəsil nüvə reaktorunu istismara verməyi planlaşdırır.

APA xəbər verir ki bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtondakı Atlantik Şurasının təşkil etdiyi enerji forumunda çıxışı zamanı bildirib.

“Beş gün əvvəl yeni nəsil nüvə reaktorlarımızdan biri kritik mərhələyə çatdı. Hesab edirik ki, iyulun 4-dək daha iki belə reaktor istifadəyə veriləcək. Bundan əlavə, növbəti 12 ay ərzində işə salınması nəzərdə tutulan daha 10 layihə üzərində iş gedir”, - deyə Rayt bildirib.

Nazir vurğulayıb ki, ABŞ yeni nəsil nüvə texnologiyalarını inkişaf etdirməyə və iri nüvə reaktorlarının tikintisi üçün potensial yaratmağa davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR