Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb
# 10 iyun 2026 00:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüş keçirib.

APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində yer alan aktual məsələlər, eləcə də bir sıra beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərinə dair mövqelərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR