Vaşinqton BMT büdcəsinə 725 milyon dollar ödəniş etməyə hazırlaşır. Bu ödəniş ABŞ-ın təşkilat qarşısındakı borcunun azalmasına səbəb olacaq.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti Konqresə prezident Donald Tramp administrasiyasının BMT-yə 725 milyon dollar köçürülməsi prosesinə başladığını bildirib.
Bu məbləğ BMT-nin may ayında ABŞ-ın təşkilata 4 milyard dollardan çox borcu olduğunu açıqladığı məbləğin 20 faizindən də azdır.
ABŞ tərəfi isə borcunun əhəmiyyətli dərəcədə daha az olduğunu bildirir.
Ekspertlərin fikrincə, borcun ödənilməsinin daha da gecikdirilməsi ABŞ-ın BMT-də səsvermə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.
BMT ən böyük donoru olan ABŞ-ın müntəzəm büdcəyə ödənişləri dayandırması və təşkilatın agentliklərinə könüllü maliyyələşməni azaltması səbəbilə likvidlik böhranı ilə üzləşib.