Qubada bağ sahəsində yanğın söndürülüb.
APA xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.
***
14:48
Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ilə bağlı saat 13:00 radələrində Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.