Bank Of Baku

ABŞ, Cənubi Koreya və Yaponiya liderləri KXDR-in nüvə proqramını müzakirə ediblər

ABŞ, Cənubi Koreya və Yaponiya liderləri KXDR-in nüvə proqramını müzakirə ediblər
# 21 may 2023 10:01 (UTC +04:00)

ABŞ, Koreya Respublikası və Yaponiya liderləri Co Bayden, Yoon Seok Yeol və Fumio Kişida üçtərəfli əməkdaşlığı, o cümlədən KXDR-dən gələn “nüvə raket təhlükəsi”nə qarşı mübarizə yollarını müzakirə etmək üçün G7 sammiti çərçivəsində görüşüblər.

APA xəbər verir ki, bu məlumat bazar günü Ağ Evin saytında dərc olunub.

“Liderlər üçtərəfli əməkdaşlığın gücləndirilməsi yollarını, o cümlədən KXDR-dən gələn qeyri-qanuni nüvə və raket təhdidləri ilə mübarizə, habelə Hind-Sakit okean regionunda iqtisadi təhlükəsizlik və strategiyaların həyata keçirilməsi sahəsində əməkdaşlığı müzakirə ediblər” - bəyanatda deyilir.

Bayden həmçinin Cənubi Koreya prezidentinin və Yaponiya baş nazirinin ölkələri arasında ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün "cəsarətli səylərini" yüksək qiymətləndirərək, bu addımların üçtərəfli əməkdaşlığa və Hind-Sakit okean regionuna müsbət təsir etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR